NASCO konfransı üçün infosessiya başladı

Tarix: 02.09.2022
Paylaş:

ARTİ tərəfindən 23-24 noyabrda keçiriləcək olan doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransına – NASCO-ya müraciət qaydalarını ətraflı şəkildə izah etmək və mövcud sualları cavablandırmaq məqsədi ilə onlayn infosessiya təşkil olunub.

 

Sözügedən infosessiya “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan doktorantlar üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, NASCO- nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.