“İnklüziv cəmiyyətin formalaşması istiqamətində gənclərin rolu” mövzusunda panel müzakirəsi keçirilib

Tarix: 12.09.2022
Paylaş:

8 sentyabr tarixində Azərbaycan Respublikası Gənclər Fondunun Şamaxıda “Yay Festivalı 2022” çərçivəsində davam edən “Həmrəylik” düşərgəsində təşkil olunmuş “İnklüziv cəmiyyətin formalaşması istiqamətində gənclərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirəyə düşərgədəki 100-ə qədər müxtəlif ali məktəblərdən olan tələbə-gənclər dəvət olunub.

Müzakirələrdə ARTİ-nin direktor müavini Ənvər Abbasov çıxış edərək davamlı inkişafın məqsədlərindən biri olan keyfiyyətli təhsilin parametri kimi inklüziv təhsildən, bu sahədə ölkəmizdə, xüsusən ARTİ-də görülmüş işlərdən, həyata keçirilən layihələrdən, 2018 və 2021-ci illərdə inklüziv siniflərdə təlimin təşkili, Azərbaycanda inklüziv təhsilin vəziyyəti, məktəbəhazırlıq qruplarında inklüziv təlimin təşkili ilə bağlı nəşr olunmuş vəsaitlərdən danışıb.