Təhsilverənlərin sertifikatlaşdırılması üzrə müsahibə nəticələri barədə məlumat

Tarix: 14.09.2022
Paylaş:

Sentyabr ayının 12-dən etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib.

İndiyədək keçirilən müsahibələrdə 3813 nəfər iştirak edib. Müsahibələr 19 sentyabradək davam edəcək.

Hazırda müsahibələrin nəticələri emal olunur. Emalı başa çatmış müsahibə nəticələri ilə bağlı məlumat təhsilverənlərin şəxsi səhifəsinə göndərilib. Gün ərzində nəticələr barədə təhsilverənlər mərhələli şəkildə məlumatlandırılacaqdır.

Elm və Təhsil Nazirliyi təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən bütün təhsilverənlərə uğurlar arzulayır!