15 sentyabr tarixində Abşeron rayonu Masazır kənd 5 nömrəli məktəbində yeni tədris ilinin başlanması münasibəti ilə ARTİ-nin direktor müavini Ənvər Abbasov çıxış edərək ümumi təhsilin inkişafı ilə bağlı uğurlardan və qarşıda duran vəzifələrdən bəhs etmişdir. Bununla bərabər ermənilərin törətdikləri təxribatdan və bunun nəticəsində şəhid olmuş əsgər və zabitlərimizi çıxışında vurğulamışdır.