Ehtiyat dərsliklər Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanır. Bu dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır.
Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.
Ehtiyat dərsliklərin hazırlanması ARTİ-nin Tədris resursları mərkəzində aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
Ehtiyat dərsliklər müasir dünya təcrübəsinə əsasən hazırlanır və müəllif-ekspert heyəti ilə dərs keçən müəllimlərin sıx əlaqəsini və əməkdaşlığını nəzərdə tutur.
Bu dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq. Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərimizin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək.
Müasir təhsil proqramları əsasında dünyanın ən nüfuzlu nəşriyyatları tərəfindən hazırlanmış dərslik komplektləri əldə edilmiş, bu dərsliklərdə fənnin tədrisində tətbiq olunan müasir təlim texnologiyaları təhlil edilmiş və ehtiyat dərsliklərin hazırlanmasında bu təcrübələr nəzərə alınmışdır.