28 sentyabr Qərbi Kaspi Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education təşkilatının birgə təşkilatçılığı ilə beynəlxalq təhsil forumu keçirilib.
“Davamlı gələcək üçün tərəfdaşlar” mövzusuna həsr olunan Forumda ABŞ, Almaniya, Britaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Portuqaliya, Pakistan, Malaziya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və s. ölkələrdən yüzlərlə tədqiqatçı, professor, ekspertlər fiziki və onlayn rejimdə iştirak ediblər.
Forumda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlar, təhsilin üzləşdiyi problemlər və onların həlli yolları nəzərdən keçirilərək müzakirə olunub.