“Əməliyyatların mərkəzində istehsalat” adlı vebinar keçirilib

Tarix: 20.10.2022
Paylaş:

 

13 oktyabr tarixində saat 19:00-da ARTİ-nin təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” və Azərbaycan Texniki Universitetinin “Sabah Magistratura” proqramı çərçivəsində “Əməliyyatların mərkəzində istehsalat” adlı vebinar baş tutub. 

Vebinarda təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr iştirak edib. Spiker qismində isə Helio Yanez Portoles çıxış edib. O, şirkətdəki əməliyyatlar və dəyər zəncirindən, şirkətlərə gəlir gətirməsi üçün əməliyyatların aparılma formasından, istehsalatın şirkətin dəyər zəncirindəki əsas rolundan bəhs edib.

Sonda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırılıb.