ARTİ MDPİM tərəfindən təşkil edilən “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi” proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir. 17-19 oktyabr tarixlərində keçirilən budəfəki təlimlər “Sinfin idarəedilməsi” mövzusunda olub.
Təlimlər zamanı iştirakçılar sinfin səmərəli idarəolunmasını təmin etmək və şagird nailiyyətlərini yüksəltmək üçün bir sıra praktik üsullardan istifadə qaydaları ilə tanış olublar.
Eyni zamanda iştirakçılar qayda və prosedurların tərtibi, sinfin idarəolunmasına müəllim-şagird, müəllim-valideyn münasibətlərinin təsiri, səmərəli sinif idarəçiliyi üçün dərsin gündəlik planlaşdırmasında nələrə diqqət yetirmək lazım olduğu ilə bağlı biliklər əldə ediblər və təlim ərzində qazandıqları bilikləri praktikada nümayiş etdiriblər.