“Süni Zəka üzrə əmək bazarına hazırlıq” mövzusunda vebinar baş tutub

Tarix: 24.10.2022
Paylaş:

14 oktyabr tarixində “Süni intellekt və data elmi” layihəsinin dərsdənkənar fəaliyyətləri çərçivəsində “Süni Zəka üzrə əmək bazarına hazırlıq” mövzusunda vebinar baş tutub. Vebinarda spiker qismində EHİM-in direktorunun müşaviri və Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə çıxış edib. O, təlim iştirakçıları ilə karyera məsələləri barədə qarşılıqlı müzakirə aparıb.

Qeyd edək ki, “Süni İntellekt və Data Elmi” layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər keçirilir.