“Sabahın alimləri” Respublika müsabiqəsinin 2012-2022-ci illər üzrə statistik göstəriciləri

Tarix: 27.10.2022
Paylaş:

“Sabahın alimləri” Respublika müsabiqəsinin 2012-2022-ci illər üzrə statistik göstəricilərini təqdim edirik. Siyahıda qeydiyyatdan keçən, müsabiqədə iştirak edən şagirdlərin və qalib layihələrin göstəriciləri yer alıb.

Qeyd edək ki, ABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçiriləcək. 

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyan müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflənmişdir. 

Sözügedən müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) göndəriləcək.   

Müsabiqədə iştirak etmək istəyən şagirdlər/müəllimlər qaydalar və müvafiq formalarla tanış olmaq, eyni zamanda qeydiyyatdan keçmək üçün www.sabahinalimleri.edu.az internet səhifəsindən aşağıdakı linklərə daxil ola bilərlər:

Qaydalar:  https://bit.ly/3M4xKZP

Formalar: https://bit.ly/3SFAz5S

Qeydiyyat:  https://bit.ly/3C9UT8H