Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası 2022-də ölkəmizi təmsil edəcək komanda üzvləri müəyyən olunub.
International Junior Science Olympiad (IJSO) Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunan elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. Cari tədris ilində sözügedən olimpiada 2-12 dekabr 2022-ci il tarixlərində Kolumbiya Respublikasının Boqota şəhərində keçiriləcək. 23 oktyabr 2022-ci il tarixində keçirilən ikinci seçmə imtahanına birinci seçmə imtahanında uğurla çıxış edərək dərslərdə iştirak etmək hüququ qazanan şagirdlər dəvət edilib.
İmtahan nəticələrinə əsasən seçilən komanda üzvlərinin adlarını nəzərinizə çatdırırıq:
Selcan Şəfizadə – Fizika, riyaziyyat və informatika təmayüllü lisey
Sadiq Manafov – Türkiyə Dəyanət Vəqfi, Bakı Türk Liseyi
Aydan Qəmbərova – Türkiyə Dəyanət Vəqfi, Bakı Türk Liseyi
Murad Xəlilzadə – Kimya, biologiya təmayüllü Respublika Liseyi
İbrahim Valehli – Kaspi Liseyi
Rəsul Ağakişiyev – Kimya, biologiya təmayüllü Respublika Liseyi