Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş 2-ci fizika müsabiqəsinin I mərhələsi keçirilib

Tarix: 31.10.2022
Paylaş:

30 oktyabr 2022-ci il tarixində Fizika fənni üzrə 8-9-cu siniflər arasında Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqəsinin I mərhələsi keçirilib. Onlayn formada keçirilən müsabiqənin birinci mərhələsində şagirdlərə 9-cu sinif proqramına uyğun suallar təqdim edilib. Müsabiqənin birinci mərhələsində 2040 şagird iştirak edib.

60% dən – 48 baldan yüksək nəticə göstərən şagirdlər ikinci mərhələdə iştirak edəcəklər. İkinci mərhələ haqqında məlumat olimpiada.edu.az saytı vasitəsilə veriləcək.

Qeyd edək ki, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş fizika müsabiqəsi fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə elmi bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədi ilə həyata keçirilir.

Bütün şagirdlərə uğurlar arzulayırıq!