“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin ikinci mərhələsi çərçivəsində məktəblərdə superviziyalar həyata keçirilir

Tarix: 04.11.2022
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ və Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən icra olunan “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin ikinci mərhələsi çərçivəsində məktəblərdə superviziyalar həyata keçirilir.

Sözügedən layihənin ilkin mərhələsində təlimləndirilmiş mütəxəssislər Bakı şəhəri üzrə seçilmiş 25 məktəbdə yaradılan uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) komandaları tərəfindən məktəb heyəti, şagirdlər və valideynlər arasında maarifləndirici fəaliyyətlərin davam etdirilməsini və həmin ümumi təhsil müəssisələrində prosesin icrasını mütəmadi şəkildə izləyirlər. Ümumilikdə, monitorinq zamanı mexanizmin icrasına dair görülən işlər, eləcə də müəllim heyəti, valideynlər və şagirdlərin məlumatlılığı 10 meyar əsasında 4 səviyyə üzrə qiymətləndirilir. UMT komandalarının fəaliyyət prosesi ilə yaxından tanış olan mütəxəssislər, həmçinin onların mexanizmlə bağlı suallarını cavablandırır və onlara bu yöndə lazımi tövsiyələr verirlər.  

Qeyd edək ki, məktəblərdə superviziyaların ilin sonunadək davam etməsi nəzərdə tutulur.