“Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu öz işinə başlayıb

Tarix: 05.11.2022
Paylaş:

5 noyabrda “Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu öz işinə başlayıb.

Forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Təhsil İnstitutu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə hibrid formatda keçirilir.

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. 

Forum çərçivəsində beynəlxalq spikerlərin “Öyrənənləri gələcəyə necə hazırlayaq?”, “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həlldirmi?” və digər mövzularda çıxışları nəzərdə tutulub.
 
Qeyd edək ki, forum hal-hazırda öz işini davam etdirir.