ARTİ MDPİM tərəfindən təşkil edilən “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi” proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir.
“Diferensial yanaşma” mövzusunda olan budəfəki təlimlər 17-19 oktyabr tarixlərində keçirilib.
Təlimlər zamanı iştirakçılarla təlim prosesində diferensial yanaşmanın mahiyyəti, xüsusiyyətləri və həyata keçirilmə üsulları barədə müzakirələr aparılıb.
Eyni zamanda şagirdlərin maraq dairəsinə və qavramasına uyğun tapşırıqların verilməsi, şagird xüsusiyyətlərinin müəyyənləşdirilməsi və təlim prosesinin qurulması ilə bağlı məqamlara aydınlıq gətirilib, eləcə də praktik tapşırıqlar işlənilib.