ARTİ MDPİM tərəfindən təşkil edilən “Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi” proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir.
4-7 noyabr tarixlərində “Pedaqoji əməkdaşlıq prosesində ünsiyyətin təşkili” mövzusunda təlim keçirilib. 24 akademik saat müddətində davam edən təlimin əsas məqsədi pedaqoji ünsiyyət bacarıqlarını inkişaf etdirmək strategiyalarının öyrədilməsi olub.
Təlim müddətində kommunikasiya və əməkdaşlıq bacarıqlarının genişləndirilməsi, ünsiyyət prosesində emosional intellektin rolu, verbal və qeyri-verbal ünsiyyət vasitələri, ünsiyyət zamanı dinləmə bacarığının əhəmiyyəti və konfliktlərin idarəolunması yolları barədə interaktiv müzakirələr aparılıb. Eyni zamanda iştirakçılar bir sıra praktik üsullardan istifadə qaydaları ilə tanış olublar.
Qeyd edək ki, təlim iştirakçıları tərəfindən ümumtəhsil müəssisələrinin pedaqoji heyətinin adıçəkilən mövzuda bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlərin keçirilməsi nəzərdə tutulur.