Biologiya fənnindən yuxarı və aşağı yaş qrupları üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri uğurla davam edir

Tarix: 16.11.2022
Paylaş:

Biologiya fənnindən yuxarı və aşağı yaş qrupları üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri uğurla davam edir. 

Hazırlıq dərslərinə aşağı yaş qrupu üzrə əvvəlki tədris ilində Respublika Fənn Müsabiqəsinin və Respublika Fənn Olimpiadalarının biologiya fənninin qalibləri, əvvəlki illərdə biologiya fənninin hazırlıq dərsləri komandasının şagirdləri, eyni zamanda seçmə imtahanından uğurlu nəticə göstərən Respublika Fənn Olimpiadalarının final turuna vəsiqə qazanan şagirdlər dəvət olunublar.

Qeyd edək ki, dərslər həm onlayn, həm də ənənəvi üsulla tədris olunur.