ARTİ 18 noyabr tarixində “Sabahın alimləri” XII Respublika Müsabiqəsi ilə bağlı yaranan sualları cavablandırmaq və ictimaiyyəti məlumatlandırmaq məqsədilə vebinar keçirib.
Vebinarda spiker qismində ARTİ-nin direktoru və müsabiqə çərçivəsində fəaliyyət göstərən Elmi Ekspertiza Komitəsinin rəhbəri Rüfət Əzizov, həmin komitənin kimya istiqaməti üzrə üzvü Günel Ağabəyli və ekologiya, ətraf mühitin idarə olunması istiqaməti üzrə üzvü Tural Məhərrəmov, həmçinin müsabiqənin təşkilat komitəsinin üzvü Həbibə Nəzirova çıxış edib.
Vebinarda Rüfət Əzizov xüsusilə müsabiqənin şagirdlərin akademik və gələcək karyeraları üçün əhəmiyyətini vurğulayıb . Eyni zamanda, spikerlər müxtəlif istiqamətlər üzrə müasir dövrdə gündəmdə olan mövzulara toxunaraq iştirakçılara layihələrin hazırlanması ilə bağlı məsləhətlər veriblər. Bundan başqa, müsabiqənin qayda və şərtləri, formaların doldurulması, layihələrin təqdimatı və müsabiqə haqqında digər suallar cavablandırılıb.
Vebinarda şagird, valideyn, müəllim, direktor və elmi rəhbərlər olmaqla 50-dən çox maraqlı tərəf iştirak edib.
Qeyd etmək istərdik ki, müsabiqə ilə bağlı bütün suallarınızı sabahinalimleri@edu.gov.az elektron poçtuna ünvanlaya bilərsiniz.