29 noyabr 2022-ci il tarixində saat 19:00-da ARTİ-nin təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetində “Sabah Magistratura” proqramı çərçivəsində “Qeyri-müəyyənlik şəraitində təchizat zənciri şəbəkəsinin dizaynı üçün məlumat təhlilinin dəyəri” adlı vebinar baş tutacaq.
Tədbirin spikeri Massaçusets Texnologiya İnstitutunun doktorantı Austin Saragih olacaq. O, bakalavr təhsilini Purdue Universitetində Sənaye mühəndisliyi üzrə, magistr təhsilini isə Corciya Texnologiya İnstitutunda Analitika üzrə alıb. Həmçinin, Amerika Birləşmiş Ştatlarında Massaçusets Texnologiya İnstitutunda Təchizat zəncirlərinin idarəedilməsi üzrə də magistratura təhsili alıb. Hal-hazırda Massaçusets Texnologiya İnstitutunda Nəqliyyat üzrə doktorantura təhsili alır və tədqiqat üzrə assistent vəzifəsində çalışır.
Vebinar təhsil işçiləri, iş dünyasının nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 27 noyabr 2022-ci il tarixinədək qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/9rfLRbgacE