XXV Respublika Elmi Konfransı (NASCO XXV) çərçivəsində keçirilən bölmə iclasları davam edir

Tarix: 24.11.2022
Paylaş:

Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə doktorant və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransı (NASCO XXV) çərçivəsində keçirilən bölmə iclasları davam edir.

2 günlük konfrans çərçivəsində keçirilən bölmə iclasları ümumilikdə 8 bölmə üzrə davam edib. Keçirilən bölmə iclaslarında 213 doktorant və gənc tədqiqatçıdan 200 nəfəri iştirak edib. Onlardan da 185 nəfəri əyani, 15 nəfəri isə onlayn formada müzakirələrdə iştirak edib.

Bölmə iclaslarının sonunda tezislə çıxış edən hər bir tədqiqatçıya sertifikat təqdim olunub.