Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində keçirilən təlimlər davam edir

Tarix: 25.11.2022
Paylaş:

ARTİ MDPİM tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı yönündə keçirilən təlimlər davam edir.

16-21 noyabr tarixlərində MDPİM əməkdaşları tərəfindən 18, 38, 75, 227 və 301 nömrəli tam orta məktəblərdə “İllik və gündəlik planlaşdırma” mövzusunda təlimlər təşkil edilib. Təlimlərin əsas məqsədi müəllimlərin perspektiv və gündəlik planlaşdırmanın aparılması bacarıqlarını təkmilləşdirilməkdir.
Adıçəkilən məktəblərin müəllimləri perspektiv və gündəlik planlaşdırma mövzusu üzrə 24 saatlıq təlim proqramında iştirak ediblər. Təlimlərə bütün fənlər üzrə müəllimlər və direktor müavinləri cəlb edilib.
Təlimin sonuncu günündə isə iştirakçılar özləri seçdikləri bir dərsin gündəlik planlaşdırmasını hazırlayıb təqdim ediblər.

Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə müəllimlərin tədris ehtiyaclarını müəyyənləşdirmək və inkişaf dinamikasını izləmək üçün onlarla mütəmadi olaraq görüşlərin keçirilməsi nəzərdə tutulur.