23-27 noyabr 2022-ci il tarixlərində Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 14-cü Beynəlxalq payız turniri təşkil edilib. 18 ölkə və 392 iştirakçının yarışdığı turnir hibrid formada keçirilib. Məktəblilərimiz turnirə onlayn formatda qoşulublar.
Sözügedən yarışda iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş, Ankara məktəb liseyinin 9-cu sinif şagirdi Əli Əliyev isə bürünc medal qazanıb.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə hayata keçirilir.