Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqənin final mərhələsi təşkil edilib

Tarix: 28.11.2022
Paylaş:

Ümumilikdə 68 nəfərin iştirak etdiyi final mərhələsi 26 noyabr tarixində Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təşkil edilib.

Qeyd edək ki, müsabiqə 8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın daha da artırılması, fizika elmi üzrə akademik bilikləri yüksək olan şagirdlərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri Naqif Nəbiyevin xatirəsinə həsr edilib.

Nəticələri olimpiada.edu.az saytına daxil olaraq əldə edə bilərsiniz.