“Dissertasiyanın yazılışına verilən tələblər” adlı seminar keçirilib

Tarix: 29.11.2022
Paylaş:

25 noyabr tarixində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin illik fəaliyyət planına əsasən daha bir seminar baş tutub.

“Dissertasiyanın yazılışına verilən tələblər” adlı seminar 2022-ci ildə ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar üçün nəzərdə tutulub. Seminarın spikeri institutun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov mövzu ilə bağlı məruzə edib.

Daha sonra Akif Abbasov və Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.