“Optimal Solutions” MMC-nin təlim mərkəzi tərəfindən keçirilən təlimlər başa çatıb

Tarix: 29.11.2022
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantları və tədqiqatyönümlü şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə “Optimal Solutions” MMC-nin təlim mərkəzi tərəfindən keçirilən təlimlər başa çatıb.

Layihənin əsas məqsədi Azərbaycanda təhsil sahəsində yüksək keyfiyyətli tədqiqatların artmasına nail olmaqdır.

24 oktyabr tarixində başlayan “Statistik və analitik təhlil” adlı son modul 2 fərqli qrup üçün baş tutub. 21 noyabr tarixində başa çatmış təlimlərdə ümumilikdə 16 nəfər iştirak edib.

Təlimləri “Optimal Solutions” MMC-nin təsisçisi və icraçı direktoru Azər Abizadə tədris edib. Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunub. 

Qeyd edək ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda nəşr olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub.