RFO-nun rayon (şəhər) mərhələsi üzrə buraxılış vərəqələrinin əldə edilməsi prosesinə başlanılır

Tarix: 29.11.2022
Paylaş:

Respublika fənn olimpiadalarının qeydiyyat prosesi başa çatıb. Ümumilikdə 45000-ə yaxın şagird qeydiyyatdan keçib. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinin ümumi məlumatlar hissəsindən buraxılış vərəqələrini əldə edə bilərlər.

2022-2023-cü tədris ili üçün Respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də əyani şəkildə əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Respublika fənn olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.

Buraxılış vərəqələrinin əldə edilməsi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.