Azərbaycan dili (dövlət dili) üzrə hazırlanmış yeni dərsliyin sınaq prosesini həyata keçirən müəllimlərlə görüş keçirilib

Tarix: 01.12.2022
Paylaş:

30 noyabr tarixində ARTİ-də 4-cü sinif Azərbaycan dili (dövlət dili) üzrə hazırlanmış yeni dərsliyin sınaq prosesini həyata keçirən müəllimlərlə görüş keçirilib. Görüşdə ölkənin seçilmiş məktəblərində sınağı keçirilən 4-cü sinif Azərbaycan dili (dövlət dili) dərsliyinin müəllifləri, Tədris Resursları Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbirdə layihənin məqsədi, dərsliyin məzmunu, yeni dərslik üzrə tədrisin təşkili və s. məsələlər müzakirə olunub. Yeni dərsliyin sınağını həyata keçirən müəllimlərin tədris prosesində rastlaşdıqları problemlərlə bağlı sualları cavablandırılıb, dərsliyin məzmun və strukturu ilə bağlı rəy və təklifləri dinlənilib, eləcə də onlara tədrisin təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.