Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şuşada bir gün” adlı səfər təşkil edilib

Tarix: 01.12.2022
Paylaş:

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şuşada bir gün” adlı səfər təşkil edilib.

Səfərdə 2021/2022-ci tədris ilində təşkil edilən Respublika fənn olimpiadalarında müvafiq fənlər üzrə yalnız qızıl medal qazanan qalib şagirdlər və Azərbaycan Respublikasının Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşları iştirak ediblər.

Səfərin təşkilində əsas məqsəd Azərbaycanın bölünməz, qədim və əzəli torpağı olan Şuşa şəhərinin maddi-mədəni irsi, tarixi, eləcə də işğaldan azad olunduqdan sonra burada aparılan quruculuq işləri haqqında məlumatların şagirdlərə əyani olaraq çatdırılmasıdır.