RFO-ya onlayn qeydiyyat yenidən aktiv edilir

Tarix: 01.12.2022
Paylaş:

Respublika fənn olimpiadalarında iştirak etmək üçün onlayn qeydiyyat prosesini tamamlaya bilməyən şagirdlərin nəzərinə!

Onlayn qeydiyyat yenidən aktiv edilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər. Belə ki, 1 dekabr saat 12:00-dan 2 dekabr saat 17:00-a kimi onlayn qeydiyyat sistemi aktiv olacaq.

Onlayn qeydiyyat ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət edə bilərsiniz.