İbtidai sinif rus bölməsi üzrə “Leksik və qrammatik mənalarına görə sözləri fərqləndirmə” mövzusunda vebinar keçiriləcək

Tarix: 02.12.2022
Paylaş:

ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

Budəfəki vebinar 7 dekabr tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Leksik və qrammatik mənalarına görə sözləri fəqləndirmə” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri T.Həsənov adına 23 N-li tam orta məktəbin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi, “Məktəbə hazırlıq”, 1,2,3 və 4-cü siniflər üçün “Rus dili” dərslik komplektlərinin həmmüəllifi Bela Nuriyeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.