“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ”

Tarix: 03.12.2022
Paylaş:

ARTİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə çərçivəsində görülən işlərin qiymətləndirilməsi və lazımi düzəlişlərin vaxtında həyata keçirilməsi məqsədilə inklüziv təhsil təşkil olunan 22 ümumi təhsil müəssisəsində monitorinqlər aparıb.

Monitorinqlər zamanı dərslər müşahidə olunub, ümumi təhsil müəssisələrinin rəhbərliyi, pedaqoji heyəti (müəllimlər, korreksiyaedici pedaqoqlar və psixoloqlar) ilə inklüziv təhsilin vəziyyəti və tədris prosesinin təşkili müzakirə edilib, həmçinin infrastrukturun inklüziv təhsil baxımından uyğunluğu yoxlanılıb. Bundan əlavə, valideynlərlə fərdi söhbətlər edilərək onların inklüziv təhsilə yanaşması öyrənilib. Aparılan monitorinqlər inklüziv təhsil mövzusunda və inklüziya mədəniyyətinin formalaşdırılması üçün keçirilən təlim və görüşlərin, o cümlədən mentorluq və FTP üzrə verilən dəstəyin faydalılığını qiymətləndirmə imkanı yaradıb.

UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Villiam Abi Abdallah və təhsil üzrə mütəxəssisi Leyla Həsənovanın ARTİ-nin direktor müavini Ülkər Babayava ilə birlikdə inklüziv sinif təşkil olunan Xaçmaz şəhəri 6 nömrəli tam orta məktəbdə apardıqları monitorinqdən kadrlarla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://bit.ly/3UuK7Rl