29 noyabr tarixində ARTİ-nin təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetində “Sabah Magistratura” proqramı çərçivəsində “Qeyri-müəyyənlik şəraitində təchizat zənciri şəbəkəsinin dizaynı üçün məlumat təhlilinin dəyəri” adlı vebinar baş tutub.
Tədbirdə spiker qismində Massaçusets Texnologiya İnstitutunun doktorantı Austin Saragih çıxış edib. O, Argentinada təchizat zəncirinin dizaynına müştəri üstünlükləri məlumatının kömək etdiyini deyib. Həmçinin təqdimatında optimal xərclərlə obyekt yerlərinin və axınlarının strateji modelləşdirilməsi, qeyri-müəyyən təklif, tutum, xərc və tələb ilə modelləşdirmə barəsində bəhs edib. A. Saragih xalis mənfəəti artırmaq üçün məlumat toplama strategiyasının optimallaşdırılması haqqında çərçivədən, optimal və ya qismən məlumat toplama strategiyasında dəyərdən danışıb.