Riyaziyyat fənnindən yuxarı və aşağı yaş qrupları üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri davam edir

Tarix: 07.12.2022
Paylaş:

Hazırlıq dərslərinə aşağı yaş qrupu üzrə əvvəlki tədris ilində Respublika Fənn Müsabiqəsinin riyaziyyat fənninin qalibləri, yuxarı yaş qrupu üzrə isə seçmə imtahanından uğurlu nəticə göstərən Respublika Fənn Olimpiadalarının final turuna vəsiqə qazanan şagirdlər dəvət olunublar.

Qeyd edək ki, dərslər həm onlayn, həm də ənənəvi üsulla Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə tədris olunur.