ARTİ MDPİM Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində keçirilən metodik görüşləri davam etdirir

Tarix: 08.12.2022
Paylaş:

ARTİ MDPİM Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı məqsədilə keçirilən metodik görüşləri davam etdirir.

Bu məqsədlə 1-8 dekabr tarixlərində 35, 38, 75, 173, 227 və 301 nömrəli tam orta məktəblərdə metodik görüşlər keçirilib. Hər məktəbin təlim ehtiyaclarına uyğun şəkildə təşkil edilən görüşlər zamanı müəllimlərə bir sıra metodik tövsiyələr verilib. Görüşdə müəllimlərin tədris prosesində qarşılaşdıqları ümumi problemlərlə yanaşı, “Qiymətləndirmə meyarlarının hazırlanması”, “Oxuyub-anlama bacarıqlarının formalaşdırılması” və “İngilis dili fənnindən dərs müzakirəsi” kimi mövzularla bağlı geniş müzakirələr aparılıb.

Qeyd edək ki, metodik görüşlərin hər ay olmaqla fənlər üzrə qruplaşdırılmış şəkildə təşkil olunması, eləcə də görüş və seminarlardan sonra müəllimlərin fəaliyyətində dəyişikliklərin olub-olmamasını müəyyənləşdirmək məqsədilə təkrar dərsdinləmələrin keçirilməsi nəzərdə tutulur.