Cari ildə şagirdlərimiz müxtəlif beynəlxalq olimpiadalarda iştirak edib

Tarix: 08.12.2022
Paylaş:

Beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanları ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsi tərəfindən həyata keçirilir. Seçmə imtahanlarına əsasən RFO-nun qalibləri və ya final mərhələdə iştirak edən şagirdlər beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə dəvət edilir.

Cari ildə milli komandalarımız 17 fərqli beynəlxalq olimpiadalarda iştirak edib.
Ümumilikdə beynəlxalq olimpiadalarda birinci yer üzrə 2 medal, ikinci yer üzrə 18 medal, üçüncü yer üzrə 44 medal və 9 həvəsləndirici sertifikat qazanılıb.

1 yanvar 2022-ci il tarixindən etibarən keçirilən beynəlxalq olimpiadalarda ümumilikdə 95 nəfər iştirak edib. Onlardan 24 nəfər qız, 71 nəfəri isə oğlan şagirdlər olub. Qaliblər arasında qadın kişi nisbəti 14 və 50 olmaqla, ümumilikdə 64 nəfər olub.