2022-ci ildə “Ehtiyat dərslik” layihəsi üzrə görülən işlər

Tarix: 09.12.2022
Paylaş:

2022-ci ildə “Ehtiyat dərslik” layihəsi üzrə görülən işlər bir neçə istiqamətdə davam etdirilir. Cari ildə ARTİ-nin təşkilatçılığı ilə 6 adda yeni ehtiyat dərslik komplekti hazırlanıb: “Həyat bilgisi 1”, “Azərbaycan dili (dövlət dili) 4”, “Математика 4”, “Azərbaycan dili (tədris dili) 5”, “Riyaziyyat 5”, “Təbiət 6”.

Qeyd edək ki, dərslik komplektlərinin kütləvi istifadədən əvvəl 250-dən çox pilot sinifdə sınağı həyata keçirilir.

Həmçinin 2022-ci ildə 8 adda ehtiyat dərslik komplekti təkmilləşdirilib: “Azərbaycan dili (tədris dili) 3”, “Azərbaycan dili (dövlət dili) 3” “Riyaziyyat 3”, “Математика 3”, “Happy Campers 3”, “Təbiət 5” , “Azərbaycan dili (tədris dili) 4”, “Riyaziyyat 4”.