Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Beynəlxalq Olimpiada qalibləri ilə görüşüb

Tarix: 09.12.2022
Paylaş:

8 dekabr tarixində Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Beynəlxalq Olimpiada qalibləri ilə görüşüb.

Millət vəkili qaliblərə ölkə rəhbərliyinin qarşıya qoyduğu prioritetlərdən birinin də məhz yeniyetmələrin, gənclərin elmli, təhsilli, fiziki və mənəvi baxımdan sağlam ruhlu, layiqli vətəndaşlar kimi yetişməsi olduğunu şagirdlərin diqqətinə çatdırıb. O, öz çıxışında bildirib ki, elm və təhsil siyasətlərinin uğurla yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar. Adil Əliyev, həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin gənclərimizdən daha məsuliyyətli, daha vətənpərvər və daha savadlı olmağı tələb etdiyini qeyd edib. 

Sonda şagirdlərin suallarını cavablandırılıb və onlarla xatirə şəkilləri çəkdirilib.