ARTİ MDPİM tərəfindən “Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün təlim keçirilib

Tarix: 13.12.2022
Paylaş:

ARTİ MDPİM tərəfindən “Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün təlim keçirilib.
6-8 dekabr tarixlərində keçirilən təlimin mövzusu “Təlimçi bacarıqlarının inkişaf etdirilməsi” olub. Təlim 12 akademik saatı əhatə edib.

Təlim müddətində dinləmə, sual vermə, ünsiyyət qurma, fasilitasiya və təqdimat bacarığı, eləcə də emosional intellektin əhəmiyyəti kimi mövzular ətrafında interaktiv müzakirələr aparılıb. Eyni zamanda iştirakçılar bir sıra praktik üsullardan istifadə qaydaları ilə tanış olublar.

Qeyd edək ki, təlim ARTİ MDPİM-də təşkil edilib, spiker qismində isə Metodik xidmət şöbəsinin müdiri Nigar Əhmədzadə çıxış edib.