Təhsil sisteminin maliyyələşdirilməsi prosesi təhsilin inkişafı üzrə dövlət  strategiyasının əsas istiqamətlərindən biri kimi

Tarix: 13.12.2022
Paylaş:

ARTİ-nin Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun “Təhsil sisteminin maliyyələşdirilməsi prosesi təhsilin inkişafı üzrə dövlət  strategiyasının əsas istiqamətlərindən biri kimi” adlı məqaləsi  Web of Science”   “Scopus” beynəlxalq xülasələndirmə və  indeksləmə bazasına daxil olan  Universidad & Sociedad “Analytics and learning: a challenge for education”  jurnalında çap olunub.

 

Aydındır ki,  təhsilin maliyyələşdirilməsi problemi təhsilin keyfiyyəti problemi ilə vəhdət təşkil edir, çünki onlar bir-biri ilə sıx əlaqədədir. Son onillikdə beynəlxalq görüşlərdə diqqətin böyük hissəsi dövri xərclərin səmərəliliyi və effektivliyinə deyil, əsas təhsil üçün maliyyə çatışmazlığına yönəldilib.

 

Məqalədə təhsil sisteminin maliyyələşdirilməsi prosesinə iki mühüm aspektdən baxılır: təhsilə ayrılan vəsaitin həcmi və onlardan səmərəli istifadə. Hər bir cəmiyyətin bu gününü və gələcəyini müəyyən etdiyi üçün təhsil həmişə aktual məsələlər sırasındadır. Demokratik cəmiyyətlərdə hər bir vətəndaşın ədalətli şərtlərlə təhsil alması üçün şəraitin yaradılması mütləq şəkildə maliyyələşmə ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, dünya təcrübəsində təhsil sisteminin maliyyələşdirilməsi bir neçə istiqaməti əhatə edir və  müəyyən üsullarla həyata keçirilir. 

 

Məqalə ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

“Təhsil sisteminin maliyyələşdirilməsi prosesi təhsilin inkişafı üzrə dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi”