02-12 dekabr tarixlərində Kolumbiya Respublikasının Boqota şəhərində Yeniyetmələrin 19-cu Beynəlxalq Elm Olimpiadası (2022) keçirilib.
Olimpiada MCQ (qapalı test), nəzəri və laboratoriya mərhələsindən ibarət olub.
Sözügedən olimpiadada ölkəmizi təmsil edən komandanın bütün üzvləri uğurlu nəticə göstərərək adını medalıçılar siyahısına yazdırmağı bacarıb. Komandamız 2 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 6 medal qazanıb. Belə ki:
İbrahim Valehli – Kaspi Liseyinin şagirdi İbrahim Valehli- Gümüş medal
Sadiq Manafov – Türkiyə Dəyanət Vəqfi, Bakı Türk Lisey – Gümüş medal
Selcan Şəfizadə – Fizika, riyaziyyat və informatika təmayüllü lisey – Bürünc Medal
Aydan Qəmbərova – Kimya, biologiya təmayüllü Respublika Liseyi – Bürünc Medal
Murad Xəlilzadə – Kimya, biologiya təmayüllü Respublika Liseyi – Bürünc Medal
Rəsul Ağakişiyev – Kimya, biologiya təmayüllü Respublika Liseyi – Bürünc Medal
Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq!