Azercell Cup 2022 müsabiqəsinin final turu təşkil olunacaq

Tarix: 14.12.2022
Paylaş:

6-8-ci sinif şagirdləri arasında proqramlaşdırma və informatika olimpiadalarına marağın artırılması, informatika elmi üzrə bilik və bacarıqları yüksək olan şagirdlərin həvəsləndirilməsi məqsədilə təşkil olunan “Azercell Cup” müsabiqəsinin final turu 17 dekabr 2022-ci il tarixində keçiriləcək.

Final turuna birinci mərhələnin nəticələrinə əsasən, növbəti turda iştirak etmək hüququ qazanan 6-8-ci sinif şagirdləri dəvət olunur. Şagirdlərdən imtahan binasına yaxınlaşarkən təhsil aldıqları ümumtəhsil müəssisəsindən oxuduqları sinif qeyd edilməklə arayış gətirmələri xahiş olunur.

Müsabiqənin final mərhələsi 17 dekabr 2022-ci il tarixində saat 12:00-da UNEC-in Nizami korpusunda (Murtuza Mukhtarov 194) təşkil olunacaq.

Bütün iştirakçılara uğurlar arzu edirik!