Əlavə vakansiya seçimində vakant yer tutan namizədlərin nəzərinə!

Tarix: 15.12.2022
Paylaş:

2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslər üçün müsahibə mərhələsinə start verilir.

Müsahibələr onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Aşağıdakı linkə keçid edərək müsahibə mərhələsinə aid mövzularla tanış ola bilərsiniz:

https://miq.edu.az/movzular

Müsahibə mərhələsi iştirakçılarına uğurlar arzulayırıq!