2022-ci ildə Beynəlxalq Qiymətləndirmə Düşərgələri keçirilən bölgələr

Tarix: 15.12.2022
Paylaş:

2022-ci ildə ARTİ və müvafiq Regional Təhsil İdarələrinin birlikdə təşkilatçılığı ilə Şəki, Lənkəran və  Quba rayonlarında Beynəlxalq Qiymətləndirmə Düşərgələri keçirilib.

Düşərgələrdə Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən, ümumilikdə 90 müəllim iştirak edib.

Yekunda iştirakçılar sertifikatla təltif olunub.

Qeyd edək ki, Beynəlxalq Qiymətləndirmə Düşərgələrinin keçirilməsində əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.