2022-ci ildə tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı 5 e-kurs istifadəyə verilib

Tarix: 15.12.2022
Paylaş:

2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı 5 e-kurs istifadəyə verilib.  

Sözügedən e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” kursları daxildir.

Sözügedən e-kurslar il ərzində 2 mərhələ üzrə keçirilib. 1-ci mərhələ 21 iyun-29 avqust 2022-ci il tarixlərində baş tutub.  2-ci mərhələ isə 24 oktyabr 2022-ci il tarixində istifadəyə verilib və hal-hazırda davam etməkdədir.