Azərbaycanda müasir məktəbəqədər təhsilin məzmunu

Tarix: 16.12.2022
Paylaş:

ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərovanın “Azərbaycanda müasir məktəbəqədər təhsilin məzmunu” adlı məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq xülasələndirmə və indeksləmə bazasına daxil olan Universidad & Sociedad “Analytics and learning: a challenge for education” jurnalında çap olunub.

Məqalədə müasir dövrdə Azərbaycanda məktəbəqədər təhsil sahəsində aparılan islahatlar, bu islahatlarla əlaqədar yeni məzmunun müəyyənləşdirilməsi, məktəbəqədər təhsil prosesinə, təlimin təşkilinə yeni yanaşmaların tətbiqi və bu yeni məzmunun xüsusiyyətləri, təlimin inteqrativ təşkili, eyni zamanda ölkədə məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi məsələləri öz əksini tapıb.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://bit.ly/3Yx5tB4