Müasir metodik xidmətin təşkili ilə bağlı görüşlər davam edir

Tarix: 16.12.2022
Paylaş:

ARTİ MDPİM tərəfindən müasir metodik xidmətin təşkili ilə bağlı görüşlər davam etdirilir.

“Regionlarda müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində təşkil edilmiş görüşlər 10-11 dekabr tarixlərində MDPİM-də keçirilib. Elm və Təhsil Nazirliyinin tapşırığına əsasən regional təhsil idarələri tərəfindən müəyyənləşdirilmiş 66 pilot məktəbin direktor müavinlərinin iştirak etdiyi görüşlərin budəfəki mövzusu “Summativ və diaqnostik qiymətləndirmə vasitələrinin hazırlanması” olub.

Layihənin təşkilinin əsas məqsədi məktəbdaxili metodik xidmətin keyfiyyətinin artırılması və ümumi təhsil məktəblərinin idarə heyətinin metodik bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, prosesə cəlb olunan əməkdaşlarla mütəmadi olaraq görüşlərin təşkili nəzərdə tutulur.