“Azercell Cup 2022” müsabiqəsinin final mərhələsi təşkil olunub

Tarix: 19.12.2022
Paylaş:

17 dekabr 2022-ci il tarixində UNEC-in 3-cü tədris korpusunda “Azercell Cup 2022” müsabiqəsinin final mərhələsi keçirilib. Ümumilikdə 140 nəfərin iştirak etdiyi final 2 yaş qrupu üzrə təşkil edilib. 3 saat davam edən müsabiqədə şagirdlərin nəticələri 6-7-ci siniflər və 8-ci siniflər üzrə ayrı-ayrılıqda dəyərləndirilib. 

Müsabiqənin  ümumi nəticələri ilə olimpiada.edu.az saytı vasitəsilə tanış ola bilərsiniz. Belə ki, siyahı üzrə xüsusi rənglə işarələnmiş şagirdlər (bal sıralamasına uyğun olaraq) müvafiq medallar əldə ediblər. Mükafatlandırma mərasimi və hazırlıq dərsləri haqqında məlumat şagirdlərə email vasitəsilə göndəriləcək. Qeyd olunan tədbirlərin 2023-cü ildə keçirilməsi planlaşdırılır.