İnformatika fənni üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təşkil olunan təkmilləşdirmə dərsləri yekunlaşıb

Tarix: 22.12.2022
Paylaş:

Son illərdə məktəblilərimizin informatika fənni üzrə nailiyyətləri artan tendensiya ilə davam etməkdədir. Bu da öz növbəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında informatika fənni üzrə olimpiada proqramının mənimsənilməsinə təlabat yaradır.

Imtahan əsasında seçilmiş müəllimlərə 6 həftə boyunca 12 saat ərzində (həftədə 2 saat olmaqla) fundamental proqramlaşdırma mövzuları izah edilib və 150-ə yaxın alqoritmik məsələ həll olunub. Müdavimlər paytaxt ümumtəhsil müəssisələrini və bölgələri əhatə edib. Təlimin sonunda müdavimlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yekun imtahanlara cəlb olunublar.

Qeyd edək ki, məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.