Əlavə vakansiya seçimində uğur qazanan namizədlərin müsahibələrinə dair məlumat

Tarix: 23.12.2022
Paylaş:

2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə  müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslərin müsahibələrinə dair məlumat şəxsi səhifələrinə göndərilib.

Müsahibələr 28 dekabr tarixində onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Müsahibə mərhələsi iştirakçılarına uğurlar arzulayırıq!