ARTİ MDPİM tərəfindən məktəb əsaslı metodik xidmətin göstərilməsi istiqamətində görülən işlər davam edir.
19-22 dekabr tarixlərində 35, 38 və 173 nömrəli tam orta məktəblərdə dərsdinləmələr aparılıb və dərsdinləmələrin nəticələrinə dair məktəb heyəti ilə birlikdə geniş müzakirələr təşkil edilib. Müzakirələr zamanı müşahidə olunan nöqsanlarla bağlı ilkin metodik tövsiyələr verilib və məktəb kollektivinin sualları cavablandırılıb.
Qeyd edək ki, adıçəkilən məktəblərdə aparılan dərsdinləmələr və fərdi görüşlərdə müəyyən edilən təlim ehtiyaclarına uyğun olaraq mütəmadi olaraq seminarların təşkili planlaşdırılır.